Reklam verin!
Yuma Ailə Jurnalı

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) QHT-ləri müsabiqədə iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.

Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük verəcəkdir:

Davamı...

İRƏLİçilərə üzvlük vəsiqələri paylanacaq

Azərbaycanın ən böyük gənclər hərəkatı olub, 5 000-dən artıq gənci sıralarında birləşdirən İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı artıq üzvlərinə üzvlük vəsiqələri paylayacaq. International Youth Card-la əldə olunmuş razılığa görə beynəlxalq status daşıyacaq vəsiqələr UNESCO tərəfindən tanınacaq və dünyanın 119 ölkəsində keçərli olacaq.

Bundan başqa vəsiqə onun sahibinə bütün dünyada ümumi sayı 32 000-ə çatan şirkətlər tərəfindən güzəşt əldə etməyə imkan verir. Artıq İRƏLİ üzvləri Azərbaycan və onun xaricində mağazalarda, mehmanxanalarda, təyyarə biletlərinin alınmasında, restoranlarda ve digər xidmət sahələrindən istifadə edərkən güzəşt əldə etmiş olacaqlar.

Qeyd: Vəsiqələr yalnız İRƏLİ üzvləri üçündür.

Kompüter Oyunları üzrə III Milli Çempionat

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2008-ci ilin iyun ayında, yaşı 14-dən 29-dək olan yeniyetmə və gənclər arasında Kompüter Oyunları üzrə III Milli Çempionat keçirilir.

Çempionatda yarışlar komanda-Counter-Strike, DOTA All Stars və tək FIFA Soccer 08, Need For Speed: ProStreet, WarCraft: The Frozen Throne, Unreal Tournament oyunları üzrə təşkil olunacaqdır.

Final mərhələsində qalib olmuş  iştirakçılar diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.

Davamı...

Ermənilərlə növbəti qarşılaşma, bu dəfə Eurovisionda

Bildiyiniz kimi, mayın 20 və 22-də Eurovision-2008 müsabiqəsinin yarımfinal konsertləri olacaq. Azərbaycanı müsabiqədə təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə may ayının 20-də aralarında Ermənistan təmsilçisi Siruşo da olan 18 ölkə təmsilçisi ilə yarışacaqlar. Bu müsabiqədə hər bir azərbaycanlının borcu təmsilçilərimizə maksimum dəstək göstərməkdir. Düzdür, biz onlara sms dəstəyi göstərə bilməyəcəyik, amma xaricdə yaşayan dostlarımızdan, tanışlarımızdan Azərbaycanı dəstəkləmələrini xahiş edə bilərik. 

Elnur & Samir – Day After Day (Eurovision 2008 Azerbaijan)

Davamında isə mahnının sözləri var.

Davamı...

Azərbaycan-Almaniya Cərrahiyə günlərində pulsuz müayinə

Əziz dostlar və həmkarlar,

Azərbaycanda analoqu olmayan bir kampaniya həyata keçirilir.

6-9 iyun 2008-ci il tarixdə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Almaniya Cərrahiyə günləri keçiriləcək.

Bu günlər çərçivəsində Alman və Azərbaycanlı peşəkar həkimlər tərəfindən əhaliyə pulsuz konsultasiyalar veriləcək, ehtiyacı olanlara Azərbaycanda mümkün olmayan cərrahiyə əməliyyatları pulsuz olaraq həyata keçiriləcək.

Davamı...

Region gənclərindən bənzərsiz layihə

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Gənclər işi vasitəsi ilə müxtəlif mədəniyyətləri özündə əks etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq” adlı beynəlxalq layihəsi çərçivəsində dünya ölkələrinin gənclərini bir araya gətirəcək.

"Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) 15 – 21 May 2008 ci il tarixlərində Azərbaycanın şimal-qərb bölgələrində (xüsusilə Qax və Şəki şəhərlərində) “Gənclər işi vasitəsi ilə müxtəlif mədəniyyətləri özündə əks etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq” adlı layihəsi çərçivəsində gənclərin beynəlxalq görüşünü təşkil edəcək. Layihənin əsas məqsədi iştirakçılar arasında əlverişli mühit yaradaraq onların inteqrasiya prosesini araşdırmaq, eləcə də  iştirakçı ölkələrdə yaşayan etnik qruplar barəsində öyrənərək onların müsbət inteqrasiyanı təmin etmək üçün müvafiq üsullardan istifadəni müəyyən etməkdən ibarətdir.

Layihənin başlıca vəzifəsi Azərbaycanda yaşayan etnik qruplar arasında olan gənclərin fəallığını artıraraq ictimai həyata inteqrasiyasını təmin etmək, eləcə də müxtəlif mədəniyyətlərə mənsub olan gənclərin dialoqunu təşkil etməkdir. Layihədə Azərbaycan, Gürcüstan, Italiya, Portuqaliya, Polşa, Türkiyə, Moldova, və Ukrayna gəncləri iştirak edəcəklər.

Layhənin ilk kompnenti 15-18 May 2008-ci il tarixində Qaxda reallaşacaq. Bunun ardınca 20 nəfərdən ibarət iştirakçı və təlimçi komandası 4 qrupa bölünərək Azərbaycanın şimal-qərb bölgəsidə xüsusilə Zakatala, Balakən, İsmayıllı və Qəbələ şəhərlərinə səfərlər edəcəklər.

Davamı...


« Əvvəlki səhifə   Yazıların cəmi: 218    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  allah  soyqırım  xocalı  prezident  abş  azeriblog  azercell  bakı  osmanlı  mənəviyyat  əliyev  terror  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azerbaijan  novruz  maraqlı  hərbi  switzerland  blog 

Müxtəlif

Blogroll