Sosial şəbəkələşmə haqqında
Məşhur bloggerlərdən olan Rauf Mərdiyevin blogunda yazdığı son yazı çox xoşuma gəldi. Bu yazını blogumun ziyarətçiləri ilə, yəni Sizlərlə paylaşmaq istədim.
Facebook, Hi5, MySpace, Odnoklassniki… Yəqin ki, bu adlar hamıza tanışdır və bir çoxlarımız bu saytların xidmətindən istifadə edirik və bununla da virtual şəbəkənin bir hissəsinə çevrilir, onun daşıyıcısı oluruq.

İngiliscədə “E-group” və “Social networking service” terminləri “Social network” anlayışlarından fərqlənsə də, mənim bu termini “sosial şəbəkə” adlandırmam yəqin ki, bizim sosioloqların xətrinə dəyməz. Çünki, dilimizdə şəbəkə çoc geniş mənaya malikdir. Əl-ələ tutan üç nəfər də, nəhəng sitemlərin məcmusu olan struktur da şəbəkə adlana bilər. Azərbaycan ədəbiyyatında axtarsam da “sosial şəbəkə” mövzusunda heç bir yazıya rast gələ bilmədim və başladım yazmağa



