Reklam verin!

Biz millətik! Sübutu: Şəhidlər xiyabanı

20 yanvar hadisələrinin növbəti ildönümü yaxınlaşır. Yenə yüz minlər axışacaq Şəhidlər xiyabanına. Yenə baba nəvəsinin əlindən tutub bu ziyarətgaha gətirəcək, xalqımızın başına gətirilən müsibətləri ona anladacaq. Bəlkə də bizim təsəllilərimizdən biri də elə məhz budur: millətimiz yaşlısından gəncinə qədər o gecə baş verənləri unutmur.
Həmin gecə baş verənlərə faciə demək gəlmir dilimdən. Mənim aləmimdə faciə heç nə uğrunda vəhşicəsinə öldürülən insanların durumudur. 20 yanvarda dünyasını dəyişənlər bir “heç” uğrunda öldürülmədilər ki! Onlar Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda, müqəddəs bir dəyər uğrunda canlarını fəda etdilər. Bu fədakarlığın ən gözəl və tam ifadəsi isə şəhidlikdir. Bu gün onların uyuduqları əbədi məkan yüz minlərin axışdığı, qarşısında hər kəsin ehtiramla əyildiyi Şəhidlər xiyabanıdır.

Şəhidlər Xiyabanı

Davamı...

Tarixin bir günü - 20 Yanvar 1990 / Şərhsiz /

20 Yanvar faciəsi / FOTO /

20 yanvar
*
20 yanvar

Davamı...

20 YANVAR FACİƏSİ AZƏRBAYCAN XALQINA VƏ İNSANLIĞA QARŞI TÖRƏDİLMİŞ DƏHŞƏTLİ CİNAYƏTDİR

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 yanvar

Davamı...

“İRƏLİ” 20 Yanvar şəhidlərini fərqli anacaq

İRƏLİ

Yanvarın 19-da “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Şəhidlər Xiyabanını ziyarət edərək, faciə qurbanlarının xatirələrini anacaq və məzarlara gül dəstələri düzəcək.

Daha sonra gün ərzində faciə Avropanın nüfuzlu siyasətçilərinə, parlamentarilərin və başqa tanınmış insanların e-mail ünvanlarına faciə haqqında məlumatlar göndəriləcək.

Artıq İnformasiya Texnologiyaları departamenti tərəfindən 7 mindən çox e-mail toplanıb. Faciə haqqında məlumatlar isə 5 dilə tərcümə edilib.

Qeyd edək ki, "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı tərəfindən bu tip aksiyalar mütəmadi olaraq həyata keçirilir.

Həmçinin, YouTube saytında faciənin tarixindən bəhs edən xüsusi videoçarx yerləşdiriləcək.


  Yazılar cəmi: 5   

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif