Mart ayı girər-girməz Azərbaycanda və qonşu ölkələrin əksəriyyətində qədim Şərq bayramına ― Novruz adlanan yeni ili qarşılama mərasiminə ciddi hazırlıq başlanır. Xalqımızın ən qədim bayramlarından sayılır Novruz. Bizim milli həyat, məişət adət-ənənələr və inancların kökləri ulu qaynaqlara bağlıdır. Doğrudur, bir sıra insanlar Novruz bayramının yaranmasını tarixi-dini olaylarla əlaqələndipməyə çalışır. Novruz bayramının yaranması, ayrı-ayrı görüş və etiqatlarla əlaqəsi, onun Zərdüştlük ―Avesta, yaxud İslam ― müsəlman mədəniyyəti qaynaqları ilə bağlılığı əsrlər boyu tarixçi alimləri, etnoqrafları, kulturoloqları, folklorşünasları düşündürmüş, çox böyük mübahisələrə səbəb olmuşdur. Fikrimizcə, Azərbaycan xalqının təşəkkül tapdığı vaxtda yaranmış, özündə ona qədər və sonra formalaşmış bütün dünyagörüşləri birləşdirməklə bu günə gəlib çatmış və millətimiz yaşadıqca, böyük sevinclə qarşılanacaq Novruz bayramı Şərq əhəmiyyətli, lakin milli hadisə kimi qəbul olunmalıdır.
Davamı...
Yazılar cəmi: 1