İnkişafa doğru sıçrayış: Azərbaycan-2008

Aprelin 4-də Moskvada “İnkişafa doğru sıçrayış: Azərbaycan-2008” mövzusunda konfrans keçirilib. Tədbirin təşəbbüskarları Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzi və Moskva Karnegi Mərkəzi olub.
Konfransın gündəliyinə Azərbaycanın siyasi və sosial-iqtisadi inkişaf istiqamətləri, regionda sabitliyin təmin olunması amilləri, regional təhlükəsizliyin təmin olunmasında Rusiya və ABŞ-ın rolu, ayrı-ayrı dövlətlərə ümumi demokratikləşmənin təsiri, Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinin müzakirə olunmasına dair məsələlər daxil edilib.



