Corc Buşun qızı ərə getdi
Dünən ABŞ prezidenti Corc Buşun ekiz qızlarından biri olan Jennanın toyu olub. 200 nəfər qonağın iştirak etdiyi mərasim Buş ailəsinin Texasdakı malikanəsində baş tutub. Toydan sonra Avropa ölkələrindən birində "bal ayı" keçirəcək cütlük Baltimordakı yeni evlərində yaşayacaqlar. Jenna və Henri öz əvvəlki fəaliyyətlərini davam etdirəcək. Qeyd edək ki, Corc Buşun qızı məktəbdə müəllimə, yeznəsi isə Constellation Energy kompaniyasında menecer kimi çalışır.

Vaşinqtondakı ağ damlı ev və bizim Ağdam

Bir həftə boyunca doyunca kəndimizdə istirahət etdim. Necə deyərlər, kənddə gül-gülü çağırır, çiçək-çiçəyi. Səhər tezdən yuxudan durub yamyaşıl torpağın, çiçəkləmiş ağacların təmiz qoxusunu ciyərdolusu içinə çəkmək nəyə desəniz dəyər məncə. Bülbüllər də sanki bundan ləzzət alırmış kimi səs-səsə verib zümzümə edirlər. Belə anlarda insan kasıbçılığı da, bahalaşmanı da, bir sözlə, bütün problemlərini unudur. Təbiətin bu gözəlliyi məni o qədər həvəsləndirdi ki, şer yazmaq həvəsi yarandı içimdə. Tənbəllik etməyib mövzumuza heç bir dəxli olmayan şer yazdım:
Ən çox məhbusu olan ölkə - ABŞ!..

Qurum tərəfindən dünən yayınlanan hesabatda bu ilin əvvəlindən etibarən ABŞ-da 2 milyon 300 min, Çində 1 milyon 500 min, Rusiyada isə 890 min insanın həbsxanalarda olduğu qeyd edilir. Bundan başqa hesabatda “ABŞ təkcə həbsxanalarda olanların sayına görə deyil, həm də vətəndaşların həbsə məhkum edilmə faizinə görə Cənubi Afrika və İranı qabaqlayaraq tək dünya lideridir” ifadəsinin yer alması diqqətçəkən məqamlardandır.
Ağ ev – ABŞ prezidentinin rəsmi iqamətgahı

İrland əsilli arxitektor Ceyms Xobanın tikdiyi yeni iqamətgahda ilk oturan cütlük, 1800-cü ilin noyabrın 1-də hakimiyyətə gələn ABŞ-ın ikinci prezidenti Con Adams və onun həyat yoldaşı Abiqeyl Adams olub.
O vaxtlar ABŞ paytaxtının qədim tikilisinə divarının qumdaşı ilə örtülməsinə görə “Ağ ev” deyirdilər. 20-ci illərin sonunda isə Teodor Ruzvelt binanın adını rəsmiləşdirdi.
Bu günə qədər Ağ evdə ABŞ-ın 43 prezidenti yaşayıb və işləyib.



