"İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK"
KİV nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək
"İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK"
mövzusunda müsabiqə
Müsabiqənin məqsədi ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.
Bundan başqa müsabiqə çərçivəsində aşağıdakı məqsədlərin həyata keçirilməsi qarşıya qoyulub:
KİV nümayəndələrinin köməyi ilə geniş ictimaiyyətin diqqətinin vacib sosial institut kimi ailə dəyərlərinə yönəldilməsi:
- cəmiyyətdə ailənin statusunun qaldırılması;
- ailədaxili münasibətlərin möhkəmləndirilməsi;
- ailə dəyərlərinin bir daha yada salınması
Yerli və regional səviyyələrdə həyata keçirilən ailə siyasətini işıqlandırmaqla cəmiyyətin bu sahəyə diqqətinin cəlb edilməsi;
Ailələrin inkişafına yönəlmiş fəaliyyətin müxtəlif sahələri üzrə real nailiyyətlərin təbliğatının aparılması;
Ailələrlə işləyən müəssisə və təşkilatların informasiya təminatının yüksəldilməsi.



