Azərbaycan-Almaniya Cərrahiyə günlərində pulsuz müayinə
Əziz dostlar və həmkarlar,
Azərbaycanda analoqu olmayan bir kampaniya həyata keçirilir.
6-9 iyun 2008-ci il tarixdə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Almaniya Cərrahiyə günləri keçiriləcək.
Bu günlər çərçivəsində Alman və Azərbaycanlı peşəkar həkimlər tərəfindən əhaliyə pulsuz konsultasiyalar veriləcək, ehtiyacı olanlara Azərbaycanda mümkün olmayan cərrahiyə əməliyyatları pulsuz olaraq həyata keçiriləcək.



