Zərərin yarısı
Ötən həftə Qazaxıstanda paytaxt Astananın 10 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Bu möhtəşəm və müasir şəhərin ad-sanına layiq tədbir keçirildi. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları yubiley mərasimində iştirak etdilər.
Məlumdur ki, zəngin enerji qaynaqlarına malik olan Qazaxıstan son illərdə neft və qazdan külli miqdarda vəsait əldə edib və etməkdədir. Belə vəziyyətlərdə adətən “gəlir hara gedir?” sualı gündəmə gəlir. Müasir Astana bu suala verilən cavablardan biri və ən tutarlısıdır. Köhnə paytaxt Alma-atıdan fərqli olaraq Astanada bu gün çox müasir göydələnlər ucalır, geniş yollar, təmiz küçələr salınır. Bir sözlə, Astana Orta Asiyada salınan müəsir Avropa şəhərini xatırladır.
Azərbaycanda da paytaxtın köçürülməsi məsələsi dəfələrlə gündəmə gəlib, bu barədə müzakirələr aparılıb. Hər kəs bu köçürmənin zəruriliyindən danışsa da, hələ ki, bu istiqamətdə əməli addım atılmayıb.
Bir daha vurğulayıram: Azərbaycanda paytaxtın Bakıdan köçürülməsi zərurətdir! Ən qısa zamanda bu işə başlanılmalıdır!
BAKI TELEVİZİYA QÜLLƏSİ / FOTO /
Əziz oxucular! Siz nə vaxtsa şəhərin mərkəzində dayanıb Bakı Televiziya Qülləsini seyr etmisizmi? Şəhərimizdə bu cür zövqlə tamaşa olunacaq tikililər çoxdur və getdikcə sayı armaqdadır. Bakı Televiziya Qülləsi bu gün Bakıda yerləşən ən hündür (faktiki hündürlük 310 metr, dəniz səviyyəsindən 410 metr) tikilidir. Tikintisi 1981-ci ildə başlansa da, sonradan dayandırılmış Yeni televiziya qülləsi kompleksi 1996-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə istismara verilmişdir. Qeyd edim ki, bu gün ölkədə bütün yerli və əcnəbi televiziya və radiolar məhz bu qüllədən yayımlanır.
Bakının Park Bulvarı / FOTO /
“Park Bulvar” sözün əsl mənasında Bakıda daşınmaz əmlakın tikilməsi sahəsində ən möhtəşəm layihələrdən biridir.
41,5 milyon ABŞ dolları dəyərində pәrakәndә ticarət mərkəzi, istirahət obyektlərini və pərakəndə ticarət nöqtələri əlavə etmәklә Bulvarın planının yenidən qurulmasına xeyli kömək edәcәk.
“Park Bulvar” ölkənin inkişafına qiymətli töhfə və onun vətəndaşlarına yeni iş yeri imkanlarını verәcәk. Layihənin icrası, tikinti dövrü ərzində hər gün 150, layihənin başa çatmasından sonra isə idarəetmə və xidmətetmə sahəsində proqnozlaşdırılan 300 daimi iş yeri təmin edәcәk.




