Reklam verin!

Azərbaycan bloggerlərinin ilk görüşü

Yəqin ki, 27 aprel tarixi bir çoxlarımızın həyatinda əlamətdar gün kimi yadda qalacaq. Məhz bu gün Azərbaycan bloggerləri ilk dəfə olaraq bir araya gəldilər. İlk dəfə virtualdan ayrılaraq real həyatda bir-birimizin əlini sıxmaq imkanı əldə etdik. Düşüncələrimiz və fikirlərimiz fərqli olsa da bizi birləşdirən Azərbaycanda hələ çoxu tərəfindən anlaşılmayan, lakin yaxın gələcəkdə hər birimizi əhatə edəcək bolqlaşmanın "qaranquşları" olmamız idi.

Bu ideya ilə ilk olaraq Azeriblog.com saytının admini Fərhad Əsgərzadə çıxış etmişdir. O vaxtlar ideya yalnız Azeriblog istifadçiləri görüşünün keçirilməsindən ibarət olsa da, aparılan müzakirələrdən sonra görüşün formatı daha da böyüdü və bunu Azərbaycan bolggerlərinin ilk qeyri-rəsmi görüşü adlandırmaq qərara alındı.

Görüş yeri Sahil bağı kimi müəyyən edilmişdi. Qısa zaman sonra  Admin gəldi, daha sonra isə digər bloggerlər. Bulvara getmək qəraralaşdırıldı. İlkin tanışlıqdan sonra müzakirələr başladı. Dəyərli fikirlər səsləndi, təkliflər edildi. Hətta kiçik mübahisə belə yarandı. Amma bütün bunlar yaxşılığa doğrudur. İki saata yaxın çəkən görüşün sonunda iştirakçılar bir-birlərinin bloq ünvanlarını və əlaqə vasitələrini götürərək, yaxın zamanlarda bir daha görüşmək ümidi ilə ayrıldılar.

Yaxın vaxtlarda bir daha əlinizi sıxmaq ümidi ilə, hər kəsə uğurlar !

Azərbaycan bloggerlərinin ilk qeyri-rəsmi görüşü fotolarda :

Davamı...


  Yazılar cəmi: 1