İRƏLİ 3 il: PARTY 20 000 /FOTO/
“İLHAMLA İRƏLİ” aksiyasına internet vasitəsi ilə qoşulanların sayının 20 min nəfərə çatması ilə əlaqədar 14 avqust tarixində “Crescent Beach” mehmanxanasının ərazisində “Party:20 000” adlı mədəni-kütləvi proqram keçirildi. Tədbirdə hökumət rəsmiləri, səfirliklərin nümayəndələri, xarici qonaqlar, KİV təmsilçiləri və İRƏLİ üzvləri iştirak edirdi.Tədbiri ilk olaraq İRƏLİ ÜGH-nın həmtəsisçisi Ceyhun Osmanlı açaraq tədbir iştirakçılarını salamladı və qeyd etdi ki İRƏLİ-nin əsas məqsədlərindən biri Azərbaycanın inkişafıdır. “Fəaliyyətimiz sayəsində bu gün ən böyük və ən nüfuzlu Gənclər Hərəkatıyıq. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə başlanan “İlhamla İRƏLİ” aksiyası günbəgün öz əhatə dairəsini genişləndirir. Artıq Aksiyaya qoşulanların sayı 20 000 nəfəri keçib”.
Qloballaşmadan istifadə edən “ƏLLƏR”
Qloballaşma deyilən prosesin təsiri altında bu gün yeni dünya nizamı formalaşmışdır. Bu nizamın mərkəzində isə inteqrasiya durur. Inteqrasiya hər birimizin də bildiyi kimi əlaqələrin genişlənməsi, sərhədlərin “aradan qalxması”, bir sözlə əməkdaşlığın ən yüksək forması kimi başa düşülür. Lakin inteqrasiyanın bir tərəfli olması böyük dövlətlər tərəfindən qəbul edilmişdir. Bu özlərini böyük hesab edən dövlətlər gözləyirlər ki, yeni yaranmış milli dövlətlər həmin böyük dövlətlərə inteqrasiya etsinlər. Bir sözlə yeni yaranmış milli dövlətlər həmin böyük dövlət kimi olsunlar. Milli dövlətin idarəçiliyi, cəmiyyəti, dəyərləri, ümumiyyətlə hər bir şeyi ilə böyük dövlət kimi olsun. Sual oluna bilər ki bu böyük dövlətlərin nəyinə gərəkdir? Bəli böyük dövlətlər özlərinin inkişaf edən iqtisadiyyatlarını xammalla təmin etmək üçün yeni yaranmış milli dövlətlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bunu isə hərbi təcavüzlər vasitəsilə həyata kəçirmək bu gün mümkün deyil. Çünki hər bir dövlətin qoşulduğu BMT var ki, o da dünyada sülhü qorumağı öhdəsinə götürmüşdür. Yeganə yol qalır ki, bu da qloballaşmanın, inteqrasiyanın vasitəsilə yeni yaranmış milli dövlətlərin cəmiyyətinə nüfüz etmək və həmin cəmiyyəti öz dövlətinə qarşı hərəkət etməyə təhrik etməkdir. Bu isə yeni təcavüz formasıdır və müasir dövrdə bir çox milli dövlətə qarşı həyata keçirilməkdədir.
İRƏLİçilərə üzvlük vəsiqələri paylanacaq
Azərbaycanın ən böyük gənclər hərəkatı olub, 5 000-dən artıq gənci sıralarında birləşdirən İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı artıq üzvlərinə üzvlük vəsiqələri paylayacaq. International Youth Card-la əldə olunmuş razılığa görə beynəlxalq status daşıyacaq vəsiqələr UNESCO tərəfindən tanınacaq və dünyanın 119 ölkəsində keçərli olacaq.
Bundan başqa vəsiqə onun sahibinə bütün dünyada ümumi sayı 32 000-ə çatan şirkətlər tərəfindən güzəşt əldə etməyə imkan verir. Artıq İRƏLİ üzvləri Azərbaycan və onun xaricində mağazalarda, mehmanxanalarda, təyyarə biletlərinin alınmasında, restoranlarda ve digər xidmət sahələrindən istifadə edərkən güzəşt əldə etmiş olacaqlar.
Qeyd: Vəsiqələr yalnız İRƏLİ üzvləri üçündür.
Region gənclərindən bənzərsiz layihə

"Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) 15 – 21 May 2008 ci il tarixlərində Azərbaycanın şimal-qərb bölgələrində (xüsusilə Qax və Şəki şəhərlərində) “Gənclər işi vasitəsi ilə müxtəlif mədəniyyətləri özündə əks etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq” adlı layihəsi çərçivəsində gənclərin beynəlxalq görüşünü təşkil edəcək. Layihənin əsas məqsədi iştirakçılar arasında əlverişli mühit yaradaraq onların inteqrasiya prosesini araşdırmaq, eləcə də iştirakçı ölkələrdə yaşayan etnik qruplar barəsində öyrənərək onların müsbət inteqrasiyanı təmin etmək üçün müvafiq üsullardan istifadəni müəyyən etməkdən ibarətdir.
Layihənin başlıca vəzifəsi Azərbaycanda yaşayan etnik qruplar arasında olan gənclərin fəallığını artıraraq ictimai həyata inteqrasiyasını təmin etmək, eləcə də müxtəlif mədəniyyətlərə mənsub olan gənclərin dialoqunu təşkil etməkdir. Layihədə Azərbaycan, Gürcüstan, Italiya, Portuqaliya, Polşa, Türkiyə, Moldova, və Ukrayna gəncləri iştirak edəcəklər.
Layhənin ilk kompnenti 15-18 May 2008-ci il tarixində Qaxda reallaşacaq. Bunun ardınca 20 nəfərdən ibarət iştirakçı və təlimçi komandası 4 qrupa bölünərək Azərbaycanın şimal-qərb bölgəsidə xüsusilə Zakatala, Balakən, İsmayıllı və Qəbələ şəhərlərinə səfərlər edəcəklər.
Gənc ekspertlər üçün şans

Aşağıda göstərilən mövzular üzrə Azərbaycanın bölgələrində və ucqar kəndlərində təqdimat və ya mühazirə keçirmək istəyən hər şəxs İnsan Hüquqları Fonduna müraciət edə bilər. Burada məqsəd bölgələrdə və ən ucqar yerlərdə yaşayan əhalinin maariflənməsinə və məlumatlı olmasına yardım etməkdir. Tədbirlərin təşkil olunmasında AİHF-in regional resurs mərkəzləri və regional kordinatorları köməklik göstərəcək. Bütün ezamiyə və təşkilati xərclər AİHF tərəfindən ödəniləcək. Məhdud sayda materialların çoxaldılması mümkündür.
Bu təşəbbüsə qoşulmaq istəyən şəxslər aşağıda göstərilən məlumatları
azerbaijan@human-rights-foundation.org elektron ünvanına göndərə bilərlər.
Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi
Gənclər təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir.
Məqsəd:
Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.




