Reklam verin!

“Gənclərin Tolerantlıq Modeli” beynəlxalq seminarı

AKIB logo
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Şurası Gənclər və İdman Direktorluğunun, Avropa Şurası Gənclər Fondunun və Azərbaycan Gənclər Parlamentinin birgə əməkdaşlığı ilə Avropa Gənclər Siyasəti çərçivəsində 4 – 11 Aprel 2008-ci il tarixində Bakı şəhərində  “Gənclərin Tolerantlıq Modeli” adlı beynəlxalq seminar keçirəcəkdir. Seminarda Avropanı təmsil edən 32 nümayəndə ilə yanaşı, Avropa Şurası Gənclər Fondunun direktoru Jan Klaud Lazaro da iştirak edəcəkdir. Seminarda Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Bolqaristan, Türkiyə, Ukrayna, Moldova, Rusiya, Gürcüstan, Azərbaycan və s. ölkələrdən gənc liderlər iştirak edəcəkdir.

Davamı...

İRƏLİ gənclərimizə vətənpərvərlik ruhu aşılayır

İRƏLİ

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, tariximizin təbliği və qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixində qara ləkə kimi qalacaq, kütləvi və amansız qırğın aktının 16–cı ildönümü münasibətilə “İRƏLİ” ÜGH Gənclər və İdman Nazirliyi ilə birgə Vətənpərvərlik mövzusunda  II divar kağızı (wallpaper) sərgisi təşkil edir.

Davamı...

"İRƏLİ" informasiya müharibəsində

Yanvarın 19-da “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Şəhidlər Xiyabanını ziyarət edərək, faciə qurbanlarının xatirələrini anacaq və məzarlara gül dəstələri düzdü.

Daha sonra gün ərzində faciə Avropanın nüfuzlu siyasətçilərinə, parlamentarilərin və başqa tanınmış insanların e-mail ünvanlarına faciə haqqında məlumatlar göndərildi.

e-mail attack

Davamı...

Həmrəy olaq - Fəal olaq - Azərbaycan qazansın!

Bildiyimiz kimi bu il ilk defe olaraq Azerbaycan Eurovision Mahni Musabiqesinde temsil olunacaqdir. Yerli ve xarici mutexessislerden ibaret olan ischi qrupu artiq Azerbaycan numayendelerinin musabiqeye hazirligi ile bagli ciddi fealiyyet gormekdedir.
2 Fevral tarixinde Heyder Eliyev adina Idman Konsert Kompleksinde kechirilecek mohteshem konsertde Azerbaycan tamashachilari Azerbaycanli 3 finalistden Eurovision-a mehz kimin gonderileceyi ile bagli sechimini edecekdir. Yeri gelmishken qeyd etmek lazimdir ki, Bakida kechirilecek bu konsertde kechmish Eurovision qalibleri Sertap Erener, Ruslana ve diger xarici qonaqlar da ishtirak edecekdir ve konsert Avropanin aparici media qurumlarinin diqqet merkezinde olacaqdir.
 
AzEurovision

Davamı...

"İRƏLİ"nin "e-mail attack" aksiyasına Gürcüstan və Litva gəncləri də qoşulacaq

İRƏLİ

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş  1990-cı il 20 yanvar hadisələrindən on səkkiz il keçir. Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edir.
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Davamı...

Britaniyanın azərbaycanlı gözəli kim olacaq?

Böyük Britaniyada ötən il fəaliyyətə başlayan “Sara Xatun” Qadın Cəmiyyəti ilk layihəsini həyata keçirməyə başladı. Cəmiyyət Britaniyada yaşayan və təhsil alan gənc azərbaycanlı xanımlar arasında milli gözəllik müsabiqəsi élan edir. Müsabiqədə Britaniyada yaşayan 16-28 yaş arası bütün azərbaycvanlı xanımlar iştirak edə biləcəklər. İlkin mərhələdə iştirak etmək istəyən xanımların ərizə formaları qəbul olunacaq.

Davamı...


« Əvvəlki səhifə   Yazılar cəmi: 12