İRƏLİ-dən informasiya müharibəsinə daha bir töhfə
"İRƏLİ" informasiya müharibəsində
Yanvarın 19-da “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Şəhidlər Xiyabanını ziyarət edərək, faciə qurbanlarının xatirələrini anacaq və məzarlara gül dəstələri düzdü.
Daha sonra gün ərzində faciə Avropanın nüfuzlu siyasətçilərinə, parlamentarilərin və başqa tanınmış insanların e-mail ünvanlarına faciə haqqında məlumatlar göndərildi.
.jpg)
Həmrəy olaq - Fəal olaq - Azərbaycan qazansın!

"İRƏLİ"nin "e-mail attack" aksiyasına Gürcüstan və Litva gəncləri də qoşulacaq
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən on səkkiz il keçir. Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edir.
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.
“İRƏLİ” 20 Yanvar şəhidlərini fərqli anacaq
Yanvarın 19-da “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Şəhidlər Xiyabanını ziyarət edərək, faciə qurbanlarının xatirələrini anacaq və məzarlara gül dəstələri düzəcək.
Daha sonra gün ərzində faciə Avropanın nüfuzlu siyasətçilərinə, parlamentarilərin və başqa tanınmış insanların e-mail ünvanlarına faciə haqqında məlumatlar göndəriləcək.
Artıq İnformasiya Texnologiyaları departamenti tərəfindən 7 mindən çox e-mail toplanıb. Faciə haqqında məlumatlar isə 5 dilə tərcümə edilib.
Qeyd edək ki, "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı tərəfindən bu tip aksiyalar mütəmadi olaraq həyata keçirilir.
Həmçinin, YouTube saytında faciənin tarixindən bəhs edən xüsusi videoçarx yerləşdiriləcək.
İlham Əliyev İlin Adamı seçilib
ANS teleşirkəti və Çingiz Mustafayev fondu prezident İlham Əliyevi ikinci dəfə İlin Adamı elan edib.
Telekanalın press-relizində deyilir ki, İlham Əliyev "2007-ci ildə əldə etdiyi 6 sanballı nəticəyə görə" layiq görülüb:




