Məktəblilər arasında şahmat turniri

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı gənclərin intellektual səviyyələrinin artırırlması istiqamətində bir çox iri miqyaslı layihələr – “Məktəb Parlamenti”, “Öyrənək və Öyrədək”, “Kimsəsiz uşaqların cəmiyyətə qayıdışı”, “Nə, Harda, Necə?” intellektual oyunu, Gənclər arasında Şahmat turniri, uşaq evlərində kimsəsiz uşaqlarla üçün ali məktəblərə hazırlıq kursları, silsiləvi maarifləndirmə aksiyaları, mənəviyyat mühazirələri, BMT modeli uzrə Kosovo böhranı imitasiya oyunu və bir çox digər tədbirlər həyata keçirmişdir.



