Azərbaycan dilində mətnli tərcümə proqramı - DİLMANC
"Dilmanc" tərcümə sistemi mətnlərin avtomatik tərcüməsini həyata keçirən kompüter proqramıdır. Bu sisteminin köməyilə siz mətni kompüter vasitəsilə bir neçə saniyə ərzində tərcümə edə bilərsiniz. Tərcümə sistemləri tərcümə zamanı insanların işini xeyli asanlaşdırır. Bəzən siz cümlədə bütün sözlərin tərcüməsini bilsəniz də, tərcümə etdiyiniz dildə cümləni qura bilmirsiniz, çünki bunun üçün müvafiq qrammatik qaydaları yaxşı bilmək lazımdır. Bəzən isə sizə dəqiq tərcümə yox, sadəcə mətndə nədən söhbət getdiyini bilmək lazım olur. Tərcüməyə sərf etdiyiniz vaxt isə qiymətsizdir. Bu və çoxlu sayda başqa hallarda maşın tərcüməsi sistemləri minlərlə insanın köməyinə gəlir. Hal-hazırda dünyada maşın tərcüməsi sistemlərindən geniş istifadə olunmaqdadır. Müxtəlif dillər üçün çoxlu sayda maşın tərcüməsi sistemləri mövcuddur. "Dilmanc" tərcümə sistemi isə Azərbaycanda ilk və analoqu olmayan proqram təminatıdır.



