ADAM.az
Bu gün sizə ADAM.az saytı haqqında məlumat verəcəm. Təzə yaranan bu sayt Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub. Əsas məqsədi Azərbaycan İnternetində operativ, daim yenilənən, dolğun "Kim kimdir" mövzulu elektron tipli açıq məlumat bazasını oxucuların istifadəsinə verməkdir.
Qeyd edim ki, saytın dizaynı çox sadə olsa da, diqqətçəkəndir. Yeni yarandığı üçün bəzi bölmələri hələ boş olsa da, bu ümumilikdə saytın çəkisinə xələl gətirmir. Sayta daxil olaraq orada həm əlifba sırasına, həm də fəaliyyət sahəsinə uyğun olaraq haqqında məlumat yerləşdirilmiş insanları tapmaq olar. Burada idarəetmə, elm, təhsil, səhiyyə, KİV, biznes, özəl, dövlət və qeyri-hökumət strukturlarında çalışmış və hal-hazırda çalışan, eləcə də mədəniyyət və incəsənət, idman, hərb sahəsində ixtisaslaşmı və məşhur olan insanlar haqqında, onların həyat və fəaliyyəti barədə avtobioqrafik məlumatlar əldə etmək mümkündür.




