Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi
Gənclər təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir.
Məqsəd:
Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.
Azərbaycan prezidenti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyinatını təsdiqləyib

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə»yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə Qeyri-Hökumət Təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib.



