Reklam verin!

Əbülfəz Elçibəy - 70

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, AXC (AXCP) sədri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 70 il ötür. Onun haqqında çox yazmaq, çox danışmaq olar. Ancaq şəxsi tanışlığım olmadığı, həm də onun fəaliyyəti mənim uşaqlıq illərimə təsadüf etdiyi üçün onun haqqında öz fikirlərimi yazmıram, sizlərə sadəcə onun tərcümeyi halını təqdim edirəm.

Əbülfəz ElçibəyƏbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unus kənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tülunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

Davamı...

Yaxın Şərqin regional lideri - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev

World Public Opinion şirkəti nəhəng sorğu keçırıb. Həmin sorğunun nəticələrinə əsasən, dünyanın müxtəlif ölkələrindən minlərlə insan ən inanılan siyasətçı və regionlarda lider olan siyasi xadimlərə səs veriblər.

Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev Yaxın Şərqin regional lideri seşilib. Avropanın regional liderləri isə Ukrayna prezidenti Viktor Yuşenko, Polşa prezidenti Lex Kaçınski, Almaniya kansleri Angela Merkel, İspaniyanın Baş naziri Xose Luis Sapatero, Avropa Komissiyasının rəhbəri Xose Barrozudur. Afrikanın regional lideri Zimbabvenin prezidenti Robert Muqabe, Cənubi Amerikanın regional lideri Argentinanın prezidenti Kristina Kirxber, Asiyanın regional lideri isə Yaponiyanın baş naziri Yasuko Fukudo seçilib.

Davamı...

Balaca Nuranənin doğum günü sevinci / VİDEO /

Bir müddət əvvəl, daha dəqiq desək 23 dekabr 2007-ci il tarixdə 9-cu sinif şagirdi Nuranə Bəylərova çox maraqlı bir məktub yazır. Özü də ölkə başçısı cənab İlham Əliyevə. Məktubun məzmunu çox maraqlıdır. 24 dekabrda doğum gününü qeyd etməyə hazırlaşan Nuranə ölkə başçısından ona kompüter hədiyyə etməsini xahiş edir. "Məsələ burasındadır ki, mənim də ad günüm 24 dekabrdadır. Mənim 15 yaşım tamam olur. Mən istəyirəm ki, Siz mənə kompüter bağışlayasınız".
Çox keçmir ki, çıxışlarında hər zaman "Mən hər bir azərbaycanlının prezidentiyəm" deyən ölkə başçısı İlham Əliyev balaca Nuranənin məktubuna cavab verir.
Onun şəxsi göstərişi ilə 24 dekabrda, yəni İlham Əliyevlə eyni gündə anadan olan Nuranə Bəylərovaya fərdi kompüter hədiyyə edilir. Bu hədiyyəyə hədsiz sevinən balaca Nuranə öz sevincini belə ifadə edir.

Davamı...

İlham Əliyev İlin Adamı seçilib

ANS teleşirkəti və Çingiz Mustafayev fondu prezident İlham Əliyevi ikinci dəfə İlin Adamı elan edib.
Telekanalın press-relizində deyilir ki, İlham Əliyev "2007-ci ildə əldə etdiyi 6 sanballı nəticəyə görə" layiq görülüb:

Prezident İlham Əliyev

Davamı...


  Yazılar cəmi: 4   

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif