Reklam verin!

Ekologiyaya dair foto müsabiqə başlayır

"Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu" "Aktiv media", "Xxeber.com", "Mediaforum.az" və "Print studiya"-nın maliyyə, informasiya və texniki dəstəkləri ilə ekoloji problemləri əks etdirən foto müsabiqə elan edir.

Hazırda davam edən və hər birimizin ətrafında yaşanan ekoloji problemləri əks etdirən foto müsabiqəyə start verilir. Hər bir vətəndaş müsabiqəyə onu narahat edən, mütəmadi üzləşdiyi və həllində iştirak etmək istədiyi ekoloji problemlərin fotosunu təqdim edə bilər.

EKOLOJİ PROBLEMLƏR NƏDİR VƏ NƏDƏN YARANIR?- İdarə olunmayan sənaye və məişət tullantılarından; Təbiətə antropogen təsir; Təbii resursların yanlış istismarı texnologiyaları; Urbanizasiya – şəhərsalma; Böyük texnoloji layihələr; Qeyri-ənənəvi iqlim dəyişikliyi.

Müsabiqəyə təqdim edilən fotolar təşkilatçının internet səhifəsində -

www.azecology.org yerləşdirilməklə elektron səsvermə yolu ilə üç ən yaxşı foto seçiləcək. Seçilmiş üç ən yaxşı fotonun müəllifləri mükafatlandırılacaq, bu fotolar mətbuatda çap olunacaq və bütün iştirakçılara fəxri diplomlar təqdim olunacaq. Fotolardan fotoreportajlar hazırlanaraq mətbuata yayılacaq. Müsabiqəyə təqdim olunmuş bütün fotolardan ibarət foto albom - “şərhsiz informasiyalar” çap olunacaq.

Davamı...


  Yazılar cəmi: 1