Qloballaşmadan istifadə edən “ƏLLƏR”
Qloballaşma deyilən prosesin təsiri altında bu gün yeni dünya nizamı formalaşmışdır. Bu nizamın mərkəzində isə inteqrasiya durur. Inteqrasiya hər birimizin də bildiyi kimi əlaqələrin genişlənməsi, sərhədlərin “aradan qalxması”, bir sözlə əməkdaşlığın ən yüksək forması kimi başa düşülür. Lakin inteqrasiyanın bir tərəfli olması böyük dövlətlər tərəfindən qəbul edilmişdir. Bu özlərini böyük hesab edən dövlətlər gözləyirlər ki, yeni yaranmış milli dövlətlər həmin böyük dövlətlərə inteqrasiya etsinlər. Bir sözlə yeni yaranmış milli dövlətlər həmin böyük dövlət kimi olsunlar. Milli dövlətin idarəçiliyi, cəmiyyəti, dəyərləri, ümumiyyətlə hər bir şeyi ilə böyük dövlət kimi olsun. Sual oluna bilər ki bu böyük dövlətlərin nəyinə gərəkdir? Bəli böyük dövlətlər özlərinin inkişaf edən iqtisadiyyatlarını xammalla təmin etmək üçün yeni yaranmış milli dövlətlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bunu isə hərbi təcavüzlər vasitəsilə həyata kəçirmək bu gün mümkün deyil. Çünki hər bir dövlətin qoşulduğu BMT var ki, o da dünyada sülhü qorumağı öhdəsinə götürmüşdür. Yeganə yol qalır ki, bu da qloballaşmanın, inteqrasiyanın vasitəsilə yeni yaranmış milli dövlətlərin cəmiyyətinə nüfüz etmək və həmin cəmiyyəti öz dövlətinə qarşı hərəkət etməyə təhrik etməkdir. Bu isə yeni təcavüz formasıdır və müasir dövrdə bir çox milli dövlətə qarşı həyata keçirilməkdədir.



