Reklam verin!
Yuma Ailə Jurnalı

Kimin belə dostu var?

Dostun o adamdır ki, onun yanına gecə saat 12-də də gedə bilərsən.

Dostun o adamdır ki, onunla həm ağlaya, həm də susa bilərsən.

Dostun o adamdır ki, ən çətin məqamda səni dinləyə bilir.

Dostun o adamdır ki, bütün ətrafdakılar səndən üz döndərəndə o sənə sadiq qalır.

Dostun o adamdır ki, heç kim səni başa düşməyəndə o səni başa düşür.

Dostun o adamdır ki, səni bütün çatışmazlıqlarınla qəbul edir, hətta bunlar onu ağrıtsa belə.

Dostun o adamdır ki, sənin xoşuna gəlməsə də həmişə sənə həqiqəti deyir.

Dostun o adamdır ki, səninlə həmişə səmimidir, çünki bilir ki, onu başa düşəcəksən.

Dostun o adamdır ki, başqalarına bağışlamayacağın hərəkətləri ona bağışlayırsan.

Dostun o adamdır ki, özünə görə səninlə dostluq etmir, ona sərf etməyəndə də səninlə dostdur.

Dostun o adamdır ki, sənin üçün ən qiymətli olanlarını belə əsirgəmir: vaxtını, maraqlarını, hətta həyatını.

Kim cəsarətlə, ürəklə deyə bilər: mənim belə dostum var.

İftar, yoxsa qonaqlıq?

dua edən əllər
Artıq bir neçə gündür ki, bütün İslam ölkələri və digər ölkələrdə yaşayan hər bir müsəlman müqəddəs Ramazan ayını qeyd edir, bu ayın ən önəmli ayinlərindən biri olan oruc tutmaq ibadətini yerinə yetirir. Təbii ki, oruc tutmağın fəzilətləri, xeyri və savabı haqqında çox yazmayacağam, çünki ilahiyyatçı deyiləm. Oruc tutmaqla bağlı bəzi hədisləri və Qurani Kərimdən ayələri xatırladaraq, Azərbaycanda yaşanan Ramazanla bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Allah-təala buyurub: «Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm».

«Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi, sizdən kim bu aya (Ramazana) çatarsa oruc tutsun» (Bəqərə).

Davamı...


  Yazıların cəmi: 2   

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  allah  soyqırım  xocalı  prezident  abş  azeriblog  azercell  bakı  osmanlı  mənəviyyat  əliyev  terror  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azerbaijan  novruz  maraqlı  hərbi  switzerland  blog 

Müxtəlif

Blogroll