Zincirbozan
80-ci illərdə Türkiyədə baş vermiş hadisələrdən bəhs edən maraqlı bir film - Zincirbozan.
1979-c u ildə jurnalist Abdi İpekçi sui-qəsdindən başlayaraq hərbi çevrilişə qədər olan bütün hadisələri özündə əks etdirən filmdə, bütün terror hadisələri, siyasi oyunların pərdəarxası, siyasətçilərin sürgünə göndərilməsi və həmin dövrdə yaşanan digər hadisələrin qaranlıq məqamları canlandırılır. Bir sözlə, real tarixi hadisələr film dili ilə insanlara çatdırılır. Filmin adı 12 sentyabr hadisələrindən sonra bəzi siyasətçilərin həbsdə saxanıldığı Çanaqqaladakı Zincirbozan hərbi hissəsindən götürülüb.
Rejissoru Atıl İnaç olan "Zincirbozan" filmi 2007-ci ildə istehsal olunub, xronometrajı 110 dəqiqədir.
Davamında filmdən fraqmenti izləyə bilərsiniz.
“bp” kimindir?
Hazırda dünyanın diqqət mərkəzində olan İraqda baş verən bütün hadisələr neft amili ilə əlaqədardır. 
Amerikanın bölgəni işğal etməsi də məhz İraqın zəngin yanacaq-enerji ehtiyatlarına nəzarətin ələ keçirilməsi ilə bağlıdır. Amma heç kəs bilmir ki, İraqdakı neft quyularının sahibləri indiyə kimi yaşayırlar və beynəlxalq hüquq normalarına görə bu quyular onların mülkləridir. Qeyd edək ki, vaxtilə İraq Osmanlının bir hissəsi idi və burada Osmanlı ailəsinə mənsub olan onlarla mülk var. Xüsusilə, Kərkük və Mosuldakı neft quyularının Sultan II Abdulhəmidin şəxsi mülkləri olduğu bu sahə ilə yaxından maraqlananların çoxuna məlumdur. Bəs nə üçün Türkiyədə bu barədə susmağa üstünlük verirlər? Əslində buna susmaq da demək olmaz.



