Bakıda Analıq Məktəbi
Əziz xanımlar!
Bakıda ilk Analıq Məktəbi artıq fəaliyyət göstərir. Analıq Məktəbində 10 dərsdən ibarət təlim kursu zamanı xanımlarımıza reproduktiv sağlamlıq, hamiləlik, doğuş, sağlam analıq, laktasiya, körpəyə düzgün qulluq barədə əsaslı və ətraflı məlumat veriləcək. Avstraliya və Britaniyadan gətirilmiş müasir tələblər cavab verən ləvazimatla təchiz olunmuş Analıq Məktəbində doğuşa hazırlıq üçün praktiki məsləhətlər də veriləcək.
Dərslər Azərbaycanın peşəkar həkimləri tərəfindən aparılır. Kursların təşkilində Almaniya və Polşa peşəkarlarının təcrübəsindən istifadə olunub. 



