Şərəfli polis adına bişərəf ləkəsi
Hərbi parad və Bayatı-şiraz / VİDEO /
Dünən Bakıda möhtəşəm hərbi parad keçirildi. Təbii ki, parad haqqında çox sözlər yazmaq, çox fikirlər səsləndirmək olar. Təşkilatçılıq baxımından bəzi qüsurları saymasaq parad çox möhtəşəm idi. Bu parad insanların vətənpərvərlik əhval-ruhiyyəsini çoxdan gözlənilən pik nöqtəyə çatdırdı desəm, yəqin ki, yanılmış olmaram.
Düzdür, hərbi paraddan sonra gənclərimiz ürəkbulandırıcı bir halla qarşılaşıblar. (Ətraflı burada) Bütün bunlara rəğmən Azərbaycan ordusunun get-gedə artan qüdrəti bu cür cılız insanların cılız əməlləri ilə ləkələnə və fəaliyyətinə xələl gələ bilməz və gəlməməlidir də. Polis "əməkdaşının" Azərbaycan bayrağına və paraddan ilham almış, vətənpərvərlik duyğuları cuşa gəlmiş gənclərə qarşı bu cür məntiqsiz, heyvani davranışına görə müvafiq tədbirlərin görülməsi barədə biz gənclər lazımi addımları atmalıyıq və mən inanıram ki, bu günlərdə bizim etirazımız öz əməli nəticəsini verəcək.
Parad zamanı şahinlərimizin paytaxt səmalarında dövrə vurmalarının hər zaman insanların xatirələrində canlanacağına əminəm. Amma bu görüntüləri Tacir Şahmalığolunun ifasında Bayatı-Şiraz sədaları altında izləməyin ayrı ləzzəti var. Bu ifa insanın vətənpərvərlik, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə bağlılıq hisslərini coşdurur, insanı qürurlandırır.
İRƏLİ gənclərimizə vətənpərvərlik ruhu aşılayır

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, tariximizin təbliği və qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.
Erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixində qara ləkə kimi qalacaq, kütləvi və amansız qırğın aktının 16–cı ildönümü münasibətilə “İRƏLİ” ÜGH Gənclər və İdman Nazirliyi ilə birgə Vətənpərvərlik mövzusunda II divar kağızı (wallpaper) sərgisi təşkil edir.
Qrafik dizayna marağı olan şəxslərin nəzərinə

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar Vətənpərvərlik mövzusunda II divar kağızı (wallpaper) müsabiqəsinə start verir. Müsabiqədə arzu edən hər bir kəs iştirak edə bilər.
Müsabiqənin şərtləri :
Hər bir iştirakçı müsabiqəyə maksimum 3 əsərlə qatıla bilər,
Təqdim olunan işlər 1280 x 1024 piksel ( 300 res. ) ölçüdə və JPG formatında olmalı,
Müəllif hüquqlarının təminatı kimi təqdim olunan işlər onların hazırlandıqları proqramların formatında saxlanılaraq göndərilməlidirlər ( PSD, CDR və s. )
Rusdilli mətbuata hücüm süni vətənpərvərlikdir
Son günlərdə mətbuat səhifələrində müzakirə olunan mövzulardan biri də rusdilli mətbuatla bağlıdır. Bəziləri rus dilində mətbuat orqanlarının bağlanmasında israr edərkən, digərləri qarşı tərəfin bu iddiasını mənasız və düşünülməmiş addım adlandırır. Hətta rusdilli mətbuat tərəfdarları onların bu istəyinin qısqanclıqdan irəli gəldiyini də söyləyirlər. Hər nə isə. Qarşılıqlı ittihamların nədən ibarət olmasından asılı olmayaraq, məsələ geniş ajiotaj doğurmasa da (qarşılıqlı ittihamlar yalnız birbaşa maraqlı tərəflərin polemikasından ibarət oldu), müzakirələr maraqlı idi.
”Rusdilli mətbuat bağlanmalıdırmı?” sualını mən də özüm üçün götür-qoy etdim. Cavabım qəti oldu: Xeyir və əsla! İndi yavaş-yavaş fikrimi əsaslandırmağa çalışım.




