Erməni vəhşiliyi
Qarabağ Azadlıq Təşkilatının Ali Məclisi “Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe” adlandırılan sənəd qəbul edib, yaxın günlərdə isə bu sənədlə bağlı imzatoplama kampaniyasına başlanacaq. Ali Məclis həmçinin azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib. Sənədin həm Bakıda, həm də bölgələrdə yayılması, internet saytlarında yerləşdirilməsi, elektron ünvanlarına göndərilməsi nəzərdə tutulur.
Sənəddə əsir qadınlara qarşı erməni vəhşilikləri göstərilir:
. Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.
Khojali tragedy
İRƏLİ gənclərimizə vətənpərvərlik ruhu aşılayır

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, tariximizin təbliği və qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.
Erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixində qara ləkə kimi qalacaq, kütləvi və amansız qırğın aktının 16–cı ildönümü münasibətilə “İRƏLİ” ÜGH Gənclər və İdman Nazirliyi ilə birgə Vətənpərvərlik mövzusunda II divar kağızı (wallpaper) sərgisi təşkil edir.
Xocalı faciəsindən 16 il ötür
Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Silahlı Qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.
XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 16 ili tamam olur. Bu hüznlü gündə Azərbaycan xalqı davakar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.



